Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan ziyalıları hər zaman Prezidentimizin yanındadı, onun apardığı məqsədyönlü siyasəti birmənalı olaraq dəstəkləyir!

0



  •          Azərbaycan dövləti dünyanı bürüyən


    pandemiya ilə mübarizə tədbirlərini uğurla davam etdirir. Ölkədə tətbiq olunan xüsusi karantin rejimi, səhiyyə sistemində həyata keçirilən yeniliklər Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda FHN-in tibb mərkəzinin koronoviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışı təhlükəli virusun təsirindən minimum itkilərlə çıxmağı təmin etməkdir. Lakin burada uğur formulu birtərəfli xarakter ala bilməz. Dövlətin gördüyü fenominal işlərə əhali öz məsuliyyəti ilə, intizamı və davranışı ilə qarşılıq verməlidir. İyulun 6-da Bakının Xətai rayonunda FHN-in Tibb mərkəzinin modul tipli hospitalının açılısı Azərbaycan dövlətinin koronavirus xəstəliyinə qarşı effektiv və prinsipial mübarizə tədbirlərinin davam etdirdiyinin real ifadəsidir. 10 korpusdan ibarət, 800 xəstəni qəbul etmək gücündə olan hospitalda müalicə işi ilə yanaşı, labarator müayinəni də qısa müddətə və keyfiyyətlə apararaq habelə vahid idarəetmə və tibbi əlaqələndirmə ilə təmin olunmasında böyük rol oynayacaq. Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Bu xəstəlik sərhədlər tanımır. Ona görə də beynəlxalq əməkdaşlığa böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımlar atır. Belə hesab olunurdu ki, belə pandemiyalar, epidemiyalar ancaq geridə qalmış ölkələr üçün. Amma həyat onu göstərir ki, bu belə deyil. Bu gün pandemiyadan ən çox əziyyət çəkən inkişaf etmiş ölkələrdir.
             Bu günlərdə Azərbaycanda xəstələnənlərin sayı sağalanların sayından çoxdur. Ona görə də lazımi addımlar atılır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Bunun da qarşısını almaq üçün cərimələr artırılır, sərt karantin rejimi tətbiq olunur. Bütün qaydalar insanların sağlamlığının qorunması üçündür.
              Prezident İlham Əliyev bildirdi ki, Xətai rayonunda yaxın vaxtlarda başqa bir modul tipli xəstəxana tikiləcək və həmin xəstəxana 1300 xəstəni qəbul edəcək. Gələcəkdə daha 10 dənə modul tipli xəstəxananın tikintisi gündəmdədi. Baxmayaraq ki, yoluxanların sayı artır bu gün Azərbaycanda vəziyyət nəzarət altındadır. Azərbaycan Ümumdünya Səhiyyə təşkilatı ilə sıx əlaqə saxlayır. Ümumdünya Səhiyyə təşkilatı Azərbaycanda bu xəstəliyin qarşısını almaq üçün əməli addımlar atır. Pandemiya Azərbaycan iqtisadiyyatına böyük ziyan vurdu. Buna baxmayaraq, ön planda insanların sağlamlığı dayanır. Pandemiyaya baxmayaraq,  Azərbaycanda heç bir sosial layihələr dayanmadı. İşsizlərə və pandemiyadan zərər çəkən insanlara maddi yardım edilir. Neftin qiymətinin dünya bazarında aşağı düşməsinə baxmayaraq, islahatlar davam edir. Prezident bildirdi ki, neftin qiyməti nə qədər aşağı düşsə də, biz böhrandan çıxa biləcəyik. Son 6 ay ərzində vergi və gömrükdən Azərbaycan büdcəsinə xeyli vəsait daxil olub.
              Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf edir. Daxili və xarici siyasətdə uğurlar əldə olunur. Belə çətin bir vaxtda biz, Azərbaycan ziyalıları dövlətimizin, Prezidentimizin    yanındayıq və onun daxili və xarici siyasətdə apardığı işləri dəstəkləyirik.
    Mehdiyeva Rahilə Mehdi qızı,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib39 dəfə
    Azərbaycan ziyalıları hər zaman Prezidentimizin yanındadı onun apardığı məqsədyönlü siyasəti birmənalı olaraq dəstəkləyir!

    Maraqlı gələ bilər
    41
    131
    20
    41